Baş DYP İdarəsi qış aylarında yol təhlükəsizliyini gücləndirir

Baş DYP İdarəsi qış aylarında yol təhlükəsizliyini gücləndirir
  23 Fevral 2025    Oxunub:455
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yollarda təhlükəsizliyin təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.
AzVision.az xəbər verir ki, əlverişsiz hava şəraitində nəqliyyat vasitələrinin qış tələblərinə uyğunluğu mütəmadi olaraq yoxlanılır. Məqsəd sürücülərin və sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.

Texniki baxımdan yararsız avtomobillər hərəkətdən kənarlaşdırılır ki, bu da yol-nəqliyyat hadisələrinin qarşısını almağa xidmət edir.

Sürücülərə avtomobillərinin qış şəraitinə hazır olduğuna əmin olmaları tövsiyə edilir. Xüsusilə qış təkərlərinin, əyləc sisteminin və işıqlandırma vasitələrinin saz vəziyyətdə olması mütləqdir.

AzVision.az



Teqlər:





Xəbər lenti