![]() |
Polşa Ukrayna üzrə özəl plan hazırlamağa çağırıb |
Fevralın 23-də Polşanın Konfederasiya Partiyasından olan deputatı, Avropa Parlamentində təmsil olunan siyasətçi Anna Brılko diqqət çəkən açıqlamalar vermişdi. O, bəyan edib ki, Ukrayna Kiyevə çatdırılan yardımların geri qaytarılacağına zəmanət verməlidir.
Bundan əvvəl polşalılar arasında Ukrayna mövzusunda aparılan bir sorğu da diqqət çəkmişdi. Sorğuda iştirak edən polşalıların 50%-dən çoxu Ukraynaya hərbi dəstəyin əleyhinə olub.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az