Bütün avtovağzallar gücləndirilmiş rejimdə çalışır

Məlumata görə, AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur. Avtobuslar adi qrafik və sxem üzrə fəaliyyətini davam etdirir. Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xətlərə lazımi sayda avtobus buraxılıb.
Bildirilib ki, bəzi istiqamətlərdə, xüsusən də paytaxtın qəsəbələrarası yolların buzlaşması ilə əlaqədar avtobusların hərəkətində çətinliklər var. Sürət həddi mövcud şəraitə uyğun tənzimləndiyi üçün avtobuslararası intervallarda artım müşahidə edilə bilər. Sərnişinlərdən müvəqqəti çətinlikləri anlayışla qəbul etmələri, təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.
Bölgələrdə sərnişindaşıma adi rejimdə davam etdirilir. Təhlükəsizlik səbəbi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvan, Laçın, İsmayıllı və Qəbələ istiqamətlərində reyslər təxirə salınıb. Qusar istiqamətində isə reyslər Qubayadək həyata keçirilir. Bu istiqamətlərdə reyslərin bərpası haqqında ictimaiyyətə əlavə məlumat veriləcək.
AzVision.az
Teqlər: