![]() |
Polşa Aİ-nin Kiyevə verdiyi 91 milyon avroluq yardımı oğurlayıb |
Siyasətçi qeyd edib ki, bütün Avropa sülh istəyir, lakin bu, ədalətli, uzunmüddətli və təhlükəsizlik təminatlarına əsaslanmalıdır.
Polşa lideri ölkəsinin bundan sonra da Kiyevə kömək edəcəyinə və düşmənlə mübarizədə demokratik, müstəqil Ukraynanı tək qoymayacağına söz verib. Onun sözlərinə görə, Polşa “rus imperializminin ruhunu” hiss edən ölkələr sırasındadır.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az