Bakıda 20 kq narkotik dövriyyədən çıxarılıb

Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və satışını həyata keçirmək niyyətində olduğunu bildirib.
İdarə əməkdaşları tərəfindən cari ilin əvvəlindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə əlaqədar ümumilikdə 61 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən 20 kiloqram narkotik vasitə və psixotrop maddə götürülüb.
Saxlanılanlardan 15-nin rayon ərazisindəki ayrı-ayrı yerlərdə narkotiklərin satışını təşkil etdikləri də müəyyən edilib. Faktlarla bağlı araşdırmalar aparılır.
Polis əməkdaşları tərəfindən narkotiklərə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
AzVision.az
Teqlər: