Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb

   Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb
  24 Fevral 2025    Oxunub:283
Xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığının xarici işlər nazirinin müavini Şeyx Xəlifə Əli İssa Al Harti ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüş zamanı Azərbaycan və Oman arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın iqtisadi-ticarət, enerji təhlükəsizliyi, turizm, təhsil, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Görüşdə Azərbaycan-Oman münasibətlərinin inkişafında ikitərəfli təmasların, keçirilən siyasi məsləhətləşmələrin əhəmiyyətini qeyd edib. Omanda səfirliyimizin təsis olunmasının əlaqələrimizin inkişafına təkan verdiyi bildirilib.

Ölkəmizin yaşıl enerji, nəqliyyat və kommunikasiyalar sahələri üzrə təşəbbüslərindən ətraflı bəhs olunub, bu istiqamətdə mümkün birgə layihələr üzrə imkanlar nəzərdən keçirilib.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi və COP29 zamanı əldə olunmuş nəticələr məmnunluqla qeyd olunub, ölkəmizlə Oman arasında əməkdaşlıq üçün əlavə imkan yarandığı vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə, Azərbaycan Respublikası və Oman Sultanlığı Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Yalçın Rəfiyev, Oman tərəfindən isə nazir müavini Şeyx Xəlifə Əli İssa Al Harti başçılıq edib.

AzVision.az



Teqlər:





Xəbər lenti