Keçmiş məhkum 8 kq narkotiklə tutuldu

Keçmiş məhkum 8 kq narkotiklə tutuldu
  25 Fevral 2025    Oxunub:381
Şamaxıda polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a bildirilib ki, həyata keçirilən tədbirlərlə əvvəllər də analoji və digər cinayət əməllərinə görə məhkum edilmiş 49 yaşlı Nazim Cahangirov saxlanılıb.

Ondan ümumilikdə 8 kiloqrama yaxın marixuana aşkar olunub. Saxlanılan şəxs narkotik vasitənin satışını planlaşdırdığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.Cahangirov barəsində həbs qətimkan tədbiri seçilib.

AzVision.az



Teqlər:





Xəbər lenti