Britaniya nüvə münaqişəsinə hazırlaşır - "Daily Express"

   Britaniya nüvə münaqişəsinə hazırlaşır    - "Daily Express"
  25 Fevral 2025    Oxunub:424
Böyük Britaniyada mütəxəssislər Rusiya-Ukrayna münaqişəsinin kəskinləşməsi fonunda nüvə partlayışı baş verəcəyi təqdirdə yaranacaq fəsadlarla bağlı araşdırma aparıblar.
“Daily Express”in yaydığı məlumata görə, söhbət Londona dəyə biləcək zərərlərdən gedir.

Trampdan nüvə xəbərdarlığı: Dünya məhv olacaq
Nəşr 800 kiloton tutumlu Topol SS-25 nüvə bombasının istifadəsi halında dörd məhvetmə zonasını müəyyənləşdirib.

"Beləliklə, birinci zonada Londonun mərkəzi hissəsi yer üzündən silinəcək. İkinci zonadakı binalar dağılacaq. Üçüncü zonada insanlar ciddi bədən yanıqları alacaqlar. Dördüncü zona isə kiçik partlayışların baş verəcəyi Böyük Britaniya paytaxtının kənarları sayılır", - potensial nüvə partlayışı ilə bağlı xəritəyə dair məlumatda qeyd edilib.

Məqalə müəllifi vurğulayıb ki, əgər Ukrayna məsələsi üzrə aparılan danışıqlar Kiyevin iştirakı olmadan davam edərsə, Avropa müdafiə xərclərini daha da artırarsa və baş naziri Key Starmer bölgəyə qoşun yeridəcəyinə dair vədləri artırarsa, münaqişə daha da gərginləşə bilər.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Kreml rəsmiləri və ölkə rəhbərliyi bir neçə dəfə nüvə təhdidi səsləndirib.

Fevral ayının əvvəlində isə Ukrayna prezidenti Volodimir Zelenski nüvə mövzusunda diqqət çəkən çağırış etmişdi. O, "Qərb Kiyevi NATO-ya qəbul etmirsə, Ukraynaya nüvə silahı verməli və öz kontingentini bu ölkəyə göndərməlidir" deyib.

Bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp da nüvə silahı məsələsinə toxunub. O, bu cür silahlardan istifadəni və nüvə gücləri klubunun genişləndirilməsini qəbuledilməz hesab edib. Tramp vurğulayıb ki, ABŞ İran daxil olmaqla, başqa ölkələrin də nüvə silahı əldə etməsinə icazə verə bilməz: “Əgər bu baş verərsə, dünya məhv olacaq”. O, həmçinin ABŞ-nin nüvə başlıqlarının sayını azaltmaq üçün Rusiya və Çinlə danışıqlar aparmasının tərəfdarı olduğunu bildirib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Nüvə   London   Rusiya  





Xəbər lenti