İtaliyanın Deputatlar Palatasında Xocalı qurbanları yad edilib

   İtaliyanın Deputatlar Palatasında Xocalı qurbanları yad edilib
  25 Fevral 2025    Oxunub:10142
İtaliyanın Deputatlar Palatasında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Bu barədə italiyalı senator Culio Terzi “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O, çıxışında qeyd edib ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi soyqırımı cinayəti nəticəsində 613 Azərbaycan vətəndaşı, o cümlədən 63 uşaq, 106 qadın, 70 ahıl qətlə yetirilib.

Senator onu da vurğulayıb ki, bu gün iki ölkə arasında qarşılıqlı münasibətlərdə ciddi irəliləyiş müşahidə olunur: “İtaliya Senatında bu yaxınlarda yekdilliklə qəbul edilən müvafiq qətnamə və bir sıra müsbət addımlar Bakı ilə İrəvan arasında sülh müqaviləsinə yol açır”.

Xatırladaq ki, bir müddət əvvəl İtaliya Senatı “Ermənistan və Azərbaycan arasında sülh prosesinin dəstəklənməsinə yönəlmiş təşəbbüslər haqqında” qətnaməni yekdilliklə qəbul edib.

AzVision.az


Teqlər:





Xəbər lenti