Makron Vaşinqtondan əliboş qayıdıb

   Makron Vaşinqtondan əliboş qayıdıb
  25 Fevral 2025    Oxunub:353
Fransa prezidenti Emmanuel Makron ABŞ-dən dəstək zəmanəti almadan və Donald Trampın Ukrayna müharibəsi ilə bağlı mövqeyinə yenidən baxmasına nail olmadan Vaşinqtonu tərk edib.
AzVision.az xəbər verir ki, “The Guardian” nəşrinin yazdığına görə, Makron və onun ardınca həftənin sonunda Vaşinqtona gələcək Böyük Britaniyanın baş naziri Kir Starmer sarsılmış transatlantik ittifaqı saxlamağa çalışır. Starmer eyni dərəcədə çətin bir vəzifə - Trampı Avropadan üz döndərməməyə inandırmaq problemi ilə üzləşir.

"The Times" Makron və Starmerin "Tramp planı"nı açıqladı
Vaşinqton isə, öz növbəsində, Rusiya və Ukrayna ilə bağlı siyasətini korreksiya etməyə hazırlaşır. Fevralın 23-də ABŞ-nin Milli Təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bildirib ki, Birləşmiş Ştatlar atəşkəsə nail olmaq siyasətinə sadiqdir.

Onun sözlərinə görə, bu istiqamətdə ilk addım Trampın Vladimir Putinlə söhbəti, ardınca Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar olub.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın “The Times” qəzeti Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmerin ABŞ prezidenti Donald Trampla görüşərək onu Rusiya ilə ikitərəfli danışıqlara son qoymağa razı salmağa çalışacaqlarını yazmışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Makron   əliboş  





Xəbər lenti