CNN Putini Trampın dostu adlandırdı

   CNN Putini Trampın dostu adlandırdı
  25 Fevral 2025    Oxunub:391
ABŞ prezidenti Donald Trampın dostu və rusiyalı həmkarı Vladimir Putinlə görüşmək istəyi Ukrayna münaqişəsinin həllinə yönəlmiş prosesi irəli aparır.
Bu fikirlər "CNN"də dərc olunan məqalədəndir.

Putin və Tramp bu ay görüşə bilərlər
“Bir şeyi Amerika prezidentinin xeyrinə deyə bilərik ki, onun dostu Putinlə təkbətək görüş keçirmək istəyi müharibəyə son qoymağa yönəlmiş "böhran diplomatiyası"nda dəyişikliyə səbəb oldu”, - telekanalın məlumatında qeyd edilib.

Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov bəyan etmişdi ki, Putin və Tramp telefon danışığı zamanı Ukrayna məsələsinin nizamlanması üzrə danışıqların mümkünlüyünü müzakirə ediblər.

Fransanın “Le Point” jurnalı da bu mövzuda diqqət çəkən məlumat yayıb. Nəşr öz mənbələrinə istinadən yazıb ki, ABŞ prezidenti Donald Tramp mayın 9-da Moskvaya səfər edərək dünya müharibəsinin bitməsinin ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcək. Nəşr xatırladıb ki, bu il Avropada müharibənin başa çatmasından 80 il keçir. Ona görə də ABŞ prezidentinin Moskva şənliklərində iştirakı Rusiyanın Ukraynanı nasistlərlə eyniləşdirən tezislərinin bir növ təsdiqinə çevrilməlidir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Tramp   Dost   CNN  





Xəbər lenti