Məmur Mask "Starlink"ini dövlət qurumlarına daşıyır

Məmur Mask "Starlink"ini dövlət qurumlarına daşıyır
  25 Fevral 2025    Oxunub:310
ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, biznesmen İlon Mask ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) informasiya texnologiyaları infrastrukturunu modernləşdirmək üçün Starlink terminallarından istifadə etmək istəyir.
Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Mask daha bir şirkəti ələ keçirmək istəyir
Nəşr qeyd edib ki, bu yeni durum Maskın DOGE-dəki fəaliyyəti ilə öz biznes layihələri arasında maraqların toqquşması ilə bağlı suallar doğurur.

Bildirilir ki, Mask artıq öz təşəbbüsü üçün 4000 Starlink terminalının ayrılmasını təsdiqləyib.

Bloomberg 2023-cü ildə FAA-nın Amerika telekommunikasiya şirkəti "Verizon Communications" ilə 2 milyard dollarlıq müqavilə imzaladığını xatırladıb. Şirkətə agentliyin mühüm infrastrukturunu təkmilləşdirmək tapşırılıb.

Bundan öncə Maskın daha bir şirkəti ələ keçirmək istəməsi barədə məlumat yayılmışdı. Qeyd edilirdi ki, İlon Maskın başçılıq etdiyi investorlar konsorsiumu, “ChatGPT” platformasının arxasında duran şirkət üzərində həmtəsisçi Sem Altman ilə mübarizədə təsirini artırır. O, “OpenAI” şirkətinə nəzarət edən qeyri-kommersiya təşkilatını almaq üçün 97,4 milyard dollar təklif edib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Mask   ABŞ  





Xəbər lenti