![]() |
Ermənistanın mindən çox yük maşını Larsdan keçə bilmir |
Statistikaya görə, hər gün Yuxarı Larsdan təxminən 150 erməni yük maşını keçir.
Qeyd edək ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində Larsdan keçən marşrut kəskin şəkildə pisləşən hava şəraiti ilə əlaqədar fevralın 17-dən yük maşınları üçün bağlanıb. Eyni səbəbdən Şimali Osetiyada fövqəladə vəziyyət elan edilib.
Xatırladaq ki, Gürcüstan Hərbi Magistralı Ermənistanı Rusiya ilə birləşdirən yeganə fəaliyyət göstərən quru yoludur.
Tural Tağıyev
AzVision.az