Yanvarda metrodan 18 milyon nəfər istifadə edib

Yanvarda metrodan 18 milyon nəfər istifadə edib
  25 Fevral 2025    Oxunub:326
Bu ilin yanvar ayında Bakı metropolitenindən istifadə edən sərnişinlərin sayı 18 milyon nəfər olub.
AzVision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Bakıda metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 2024-cü ilin eyni dövrünə nisbətən 4,2 % artıb.

Qeyd edək ki, hazırda metro stansiyalarının ümumi sayı 27, Bakı metrosunun ümumi uzunluğu isə 40,7 kilometrdir.

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən 2030-cu ilin sonuna qədər paytaxtda 10 yeni metro stansiyası tikiləcək.


AzVision.az


Teqlər:





Xəbər lenti