ABŞ və Rusiya təmsilçiləri bu gün Ər-Riyadda görüşəcəklər

   ABŞ və Rusiya təmsilçiləri bu gün Ər-Riyadda görüşəcəklər
  25 Fevral 2025    Oxunub:391
Rusiya və Amerika nümayəndə heyətləri bu gün Ər-Riyadda ikinci görüş keçirəcəklər.
AzVision.az xəbər verir ki, diplomatik mənbələrə istinadən belə məlumat yayan Almaniyanın “Die Zeit” nəşri görüşdə kimlərin iştirak edəcəyini dəqiqləşdirməyib. Sadəcə, bu görüşün fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında keçirilən danışıqların davamı olacağını bildirib.

Xatırladaq ki, həmin görüşdə Rusiya nümayəndə heyətinə Xarici İşlər naziri Sergey Lavrov, Amerika nümayəndə heyətinə isə ABŞ-nin Dövlət katibi Marko Rubio başçılıq edirdilər.

Zelenski ABŞ-Rusiya danışıqlarını tanımaq istəmir
Belə səviyyəli görüş Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin başlamasından bəri ilk təmas idi. Aİ və Ukrayna nümayəndələri danışıqlarda iştirak etmək üçün dəvət olunmayıblar.

“Die Zeit” nəşri bu gün Ər-Riyadda danışıqların Ağ Evdə Donald Trampla görüşən Fransa prezidenti Emmanuel Makronun ABŞ-yə səfərindən bir gün sonra baş tutacağına diqqət çəkib. Görüşdən sonra Tramp yaxın həftələrdə atəşkəs razılaşmasının əldə oluna biləcəyini vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Rusiya   Ər-Riyad  





Xəbər lenti