Avropa Trampın planının əleyhinədir

   Avropa Trampın planının əleyhinədir
  25 Fevral 2025    Oxunub:473
Avropa İttifaqı (Aİ) fələstinlilərin Qəzza zolağından köçürülməsi ideyasına qarşıdır və anklavın iki dövlət prinsipi əsasında idarə olunmasını dəstəkləyir.
AzVision.az “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, belə bəyanat səsləndirən Aİ-nin Xarici İşlər və Təhlükəsilik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas, həmçinin İsrail və HƏMAS-ı girovların azad edilməsinə dair razılaşmanın ikinci mərhələsinə keçməyə çağırıb. Eyni zamanda o, Qəzza zolağının bir daha heç vaxt terrorçuların sığınacağına çevrilməməli olduğunu vurğulayıb.

“Biz HƏMAS-ı orada görmək istəmirik. Eyni zamanda, mən ABŞ prezidenti Donald Trampın Qəzza zolağı sakinlərinin köçürülməsi təklifini dəstəkləmirəm. Fələstinlilər Qəzzada yaşaya bilməlidirlər”, - Avropa diplomatiyasının rəhbəri deyib.

Tramp Qəzzanı ələ keçirir
Onun sözlərinə görə, Aİ İordan çayının qərb sahilində baş verən hadisələrdən narahatdır və problemin iki dövlətli həllinə çağırışını təkrarlayıb.

İsrailin baş nazir Benyamin Netanyahunun həbsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi order barədə sualın cavabında xanım Kallas, Aİ-nin məhkəməni dəstəklədiyini, lakin “Beynəlxalq Cinayət Məhkəməsinin orderlərinin icrasının üzv dövlətlərin işi” olduğunu bildirib.

Xatırladaq ki, fevralın 4-də Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra ABŞ prezidenti Donald Tramp Amerikanın Qəzza zolağını nəzarətə götürəcəyini və orada bərpa-qurulucuq işlərini görəcəyini bildirib. O, bu paln çərçivəsində Qəzza bölgəsində yaşayan fələstinlilərin qonşu ərəb ölkələrinə köçürülməsini təklif edib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:     Tramp   əleyhinə  





Xəbər lenti