Rusiya konsulluğuna bomba atanlar fransız alimləri imiş

   Rusiya konsulluğuna bomba atanlar fransız alimləri imiş
  26 Fevral 2025    Oxunub:351
Rusiyanın Marseldəki Baş Konsulluğuna hücum edən fransalı alimlər günahlarını etiraf ediblər. Onlar törətdikləri əmələ görə fevralın 26-da məhkəmədə cavab verəcəklər.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediasına Marsel şəhər prokurorluğu məlumat verib.

“Milliyətcə fransız olan həmin şəxslər ortya çıxardığımız sübut və faktları qəbul edirlər. Onlar öz əməllərini Rusiya ilə Ukrayna arasında yaranmış münaqişə ilə əlaqələndiriblər. Belə bir əməl üçün münaqişədən motivasiya alıblar. Bu iki şəxs sabahkı dinləmələr üçün hakim qarşısına çıxacaqlar”, - məlumatda qeyd edilib.

Rusiya konsulluğu yaxınlığında partlayış olub - VİDEO
Prokurorluğun məlumatında o da qeyd edilib ki, cinayətkarlar “başqasının əmlakına təhlükəli üsulla zərər vurma və ya korlama”, habelə "qanunsuz olaraq partlayıcı maddələr hazırlama" maddələri ilə ittiham olunurlar.

Xatırladaq ki, fevralın 24-də Rusiya konsulluğunun ərazisində güclü partlayış törədilib.
Bundan bir neçə gün öncə isə Rusiya Xarici Kəşfiyyat Xidməti və rəsmiləri diplomatik nümayəndəliklərə qarşı silsilə terror aktlarının təşkil edilə biləcəyi barədə bəyanatlar yaymışdı. İddia olunur ki, Kiyev hazırda aktivləşən danışıqları pozmaq üçün Rusiyanın Avropadakı diplomatik nümayəndəliklərini bu yolla hədəfə alır.

Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev də üç gün öncə bu mövzuda məlumat yaymışdı. O qeyd edib ki, Rusiyanının Xarici Kəşfiyyat Xidməti Almaniyanın hüquq-mühafizə orqanlarına məlumat ötürüb. Buna səbəb Ukraynanın Rusiya diplomatik qurumlarına qarşı terror aktları planlaşdırması olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   RusiyaPartlayış   Marsel   Terror  





Xəbər lenti