ABŞ və Rusiya nümayəndələri Türkiyədə görüşəcəklər

      ABŞ və Rusiya nümayəndələri Türkiyədə görüşəcəklər
  26 Fevral 2025    Oxunub:316
Fevralın 27-də İstanbulda Rusiya və ABŞ diplomatlarının səfirliklərin işi ilə bağlı görüşü baş tutacaq.
AzVision.az bildirir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov belə açıqlama verib.

“Biz bildirdik ki, yüksək səviyyəli diplomatlarımız, ekspertlərimiz Rusiya səfirliyinin fəaliyyətinə süni maneələr yaratmaq üçün əvvəlki administrasiyanın qanunsuz fəaliyyəti nəticəsində toplanmış sistemli problemləri qarşılayacaq və nəzərdən keçirəcəklər. Belə bir görüş sabah İstanbulda baş tutacaq”, - Sergey Lavrov Dohada keçirdiyi mətbuat konfransında deyib.

Xatırladaq ki, fevralın 18-də Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında baş tutan danışıqlarda əldə olunan razılaşmalardan biri səfirlik işçilərinin ştatının bərpası məsələsidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İstanbul   ABŞ   Rusiya  





Xəbər lenti