Ermənistan və Azərbaycan delimitasiya komissiyaları görüşəcək, sərhəddə müvafiq prosesə başlanılacaq

"Hesab edirəm ki, proses başlamazdan əvvəl daha bir görüş olacaq, hələ müzakirə olunacaq məsələlər var. Biz şimal hissəsindən (Ermənistanın Tavuş rayonu - red.) davam edəcəyik", - deyə o qeyd edib və əlavə edib ki, Azərbaycan tərəfi ilə intensiv görüşlərin keçirilməsi üzrə razılaşmalar var.
Jurnalistin yaxın gələcəkdə görüşün mümkün olub-olmaması ilə bağlı sualına Qriqoryan bildirib ki, bir ehtimal istisna edilmir.
AzVision.az
Teqlər: