Dövlət Bağçalının sağlamlıq vəziyyəti necədir?

Dövlət Bağçalının sağlamlıq vəziyyəti necədir?
  27 Fevral 2025    Oxunub:378
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini İzzet Ulvi Yönter partiya sədri Dövlət Bağçalının səhhəti ilə bağlı açıqlama verib.
Bu barədə AzVision.az "Haber Global"a istinadən xəbər verir.

Yönter Dövlət Bağçalı ilə telefonla danışdığını və ondan təlimatlar aldığını bildirib.

O, açıqlamasında MHP sədrinin səhhətinə dair ortaya atılan böhtanların yalan və uydurma olduğunu qeyd edib.

Yönter Bağçalının səhhətinin yaxşı olduğunu vurğulayıb. Həmçinin neqativ yöndə yayılan xəbərləri hədəf aldığını və bu yalanları yayanlarla qısa zamanda görüşəcəyini də deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti