Kim Çen In ordunu nüvə silahından istifadəyə hazır olmağa çağırıb

   Kim Çen In ordunu nüvə silahından istifadəyə hazır olmağa çağırıb
  28 Fevral 2025    Oxunub:452
Şimali Koreya Qərbi Koreya boğazında strateji qanadlı raketin sınaqdan keçirildiyini bildirib.
Bu barədə “Koreyanın səsi” radiosu bildirib. Raketin sınaqlarını izəlyən Şimali Koreya lideri Kim Çen In ölkənin Silahlı Qüvvələrini nüvə silahından istifadə etməyə hazır olmağa çağırıb. O, qeyd edib ki, müdafiə qabiliyyəti və çəkindirmə qüvvələri güclü hücum silahları ilə təmin edilir.

Kim Çen In vurğulayıb ki, nüvə silahlı qüvvələrinin hazırlığını artırmaq və onlardan suverenliyin müdafiəsi üçün istifadə etməyə hazır olmaq KXDR Silahlı Qüvvələrinin üzərinə düşür.

Cənubi Koreyanın “Renhap” agentliyi Şimali Koreya mətbuatına istinadla aydınlaşdırıb ki, buraxılışın məqsədi düşmən silahlı qüvvələrinə qarşı durmaq qabiliyyətini və nüvə hazırlığının müxtəlif variantlarını nümayiş etdirməkdir.

AzVision.az


Teqlər:





Xəbər lenti