![]() |
Makron Vaşinqtondan əliboş qayıdıb |
Onun sözlərinə görə, avropalılar hazırda yalnız bir şeyə əmin ola bilərlər ki, bu da onların birləşməsi və həmişəkindən daha güclü olmasıdır.
Bundan əvvəl Almaniyanın RND nəşri də Makronla bağlı diqqət çəkən məqalə dərc etmişdi. Nəşr yazıb ki, Emmanuel Makron Avropa İttifaqında liderlik rolunu öz üzərinə götürüb. Lakin onun diplomatik səylərinin nəticə verməməsi ilə bağlı problemlər yaşayır.
“The Guardian” nəşri isə Makronun bir neçə gün öncə reallaşdırdığı ABŞ səfərinin uğursuzluğu barədə məqalə yazıb.
Qeyd edilib ki, Fransa prezidenti Emmanuel Makron ABŞ-dən dəstək zəmanəti almadan və Donald Trampın Ukrayna müharibəsi ilə bağlı mövqeyinə yenidən baxmasına nail olmadan Vaşinqtonu tərk edib.
Tural Tağıyev
AzVision.az