Podolyak: “Tramp Putini tələyə çəkir”

      Podolyak:    “Tramp Putini tələyə çəkir”
  28 Fevral 2025    Oxunub:398
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini tələyə salır və Rusiyanı “minimal məbləğə vassal nəzarətinə götürmək” istəyir.
AzVision.az xəbər verir ki, Ukrayna prezidentinin ofisinin rəhbəri Mixail Podolyak belə iddia irəli sürüb.

"İndi Tramp Rusiya ilə sərt danışmağa hazır deyil, çünki o, Rusiyanın resurs bazasına nəzarəti ələ keçirmək perspektivlərini görür. Buna görə də ABŞ öz strategiyasının bir hissəsi kimi Rusiya ilə bağlı ehtiyatlı şərhlər konsepsiyasına əməl edir”, - Podolyak deyb.

Ukraynalı siyasətçinin fikrincə, bu ABŞ prezidentinin praqmatik yanaşmasıdır, çünki Tramp bunun ona trilyonlarla dollar birbaşa gəlir gətirəcəyinə inanır. O, hökmranlıq etmək, ABŞ-nin çoxdan istədiyini etmək istəyir. Lakin bu, qlobal siyasi proses olduğu üçün ABŞ tərəddüd edirdi – minimal məbləğə Rusiyanı tamamilə vassal nəzarətinə almaq istəyir.

- Tramp onları tələyə salmaq, əldə etmək istədiyini qazanmaq və sonra ultimatumla nə isə tələb etmək üçün fürsət pəncərəsini Rusiyaya bir müddət açıq saxlayır. Ona görə də, Tramp Rusiya ilə bağlı sərt bəyanatlara görə bu pəncərəni bağlamaq istəmir”, - Podolyak iddia edib.

Ukraynalı müşavir, həmçinin nadir torpaq metalları üzrə sövdələşmənin bir hissəsi kimi ABŞ ilə iki əlavə saziş barədə məlumat verib.

Podolyakın sözlərinə görə, onlardan biri təhlükəsizlik zəmanətləri ilə bağlı olacaq. O, bildirib ki, bura silah təchizatı da daxildir. Bundan əvvəl isə onlar ikinci saziş - yenilənmə fondunda vəsaitlərin təfərrüatlarını özündə əks etdirən investisiya-iqtisadi müqavilə bağlanacaq.
Mixail Podolyak qeyd edib ki, bu razılaşma Ukrayna üçün tarixi və strateji tərəfdaşlığa qapı açacaq. Amma Kiyev “məsələn, İsrail kimi” bütün üstünlükləri dərhal almayacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Putin   tələ  





Xəbər lenti