Professorun sözlərinə görə, Ukraynadakı mövcud durum təkcə Kiyevin ABŞ-dən əvvəlki qaydada silah alıb almayacağından deyil, həm də Avropanın müdafiə ittifaqı yaradıb-yaratmayacağından, Rusiya və Amerika prezidentlərinin nəticə olaraq nəyi razılaşdıracağından da çox asılıdır.
![]() |
Zalujnı: "Ukrayna təslim olmayacaq" |
Ekspert əlavə edib ki, Ukrayna və NATO artıq bu hərbi münaqişəni uduzub. Sülh müqaviləsi imzalanandan sonra isə ölkə parçalanmaq, hətta tamamilə yox olmaq təhlükəsi ilə üzləşəcək.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az