PKK atəşkəs elan etdi

PKK atəşkəs elan etdi
  01 Mart 2025    Oxunub:438
PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqlayıb.
AzVision.az xəbər verir ki,bu barədə NTV məlumat yayıb. Qeyd edilib ki, Kandil açıqlamasında terror təşkilatının lideri Abdullah Öcalanın çağırışına əməl ediləcəyinə söz verilib.

Xatırladaq ki, fevralın 27-də PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “silahı yerə qoyun” çağırışı yer alıb.
AzVision.az



Teqlər:





Xəbər lenti