Avtovağzal və avtostansiyalarda gücləndirilmiş iş rejimi davam edir

AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur. Aidiyyəti qurumlarla birgə yollar buzdan təmizləndikcə xətlərə cəlb edilən avtobusların sayı artırılır. Bəzi istiqamətlərdə, xüsusən də paytaxtın şəhərətrafı və qəsəbələrarası yollarının buzlaşması ilə əlaqədar avtobusların hərəkətində çətinliklər yaranıb.
Sürət həddi mövcud şəraitə uyğun tənzimləndiyi üçün avtobuslararası intervallarda artım müşahidə edilə bilər. Sərnişinlərdən müvəqqəti çətinlikləri anlayışla qəbul etmələri, təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.
Bölgələrdə də şəhərlərarası, şəhərdaxili və rayondaxili sərnişindaşıma adi rejimdə davam etdirilir. Təhlükəsizlik səbəbi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Gədəbəy, Qusar, Qəbələ və İsmayıllı istiqamətlərində reyslər təxirə salınıb. Bu istiqamətlərdə reyslərin bərpası haqqında ictimaiyyətə əlavə məlumat veriləcək.
AzVision.az
Teqlər: qar avtobuslar fəaliyyət