Zelenski: “Məni dəyişmək asan olmayacaq”

      Zelenski:    “Məni dəyişmək asan olmayacaq”
  03 Mart 2025    Oxunub:438
Ukrayna lideri Volodimir Zelenski prezident seçkiləri keçiriləcəyi təqdirdə özünün həmin seçkilərdə iştirakını istisna etməyib.
AzVision.az xəbər verir ki, “Sky News” telekanalı Ukrayna prezidentinin bununla bağlı dediklərindən sitat gətirib.

“Məni əvəzləmək asan olmayacaq, çünki bunun üçün yazlnız seçkilərin keçirilməsi lazım gəlməyəcək. Mənim bu seçkilərdə iştirakıma mane olmaq lazım gələcək. Bu isə bir qədər çətin olacaq”, – Zelenski iddia edib.

ABŞ Ukraynanın və Zelenskinin taleyini həll edəcək
Daha əvvəl “Bloomberg” agentliyi Avropa rəsmisinə istinadən yazıb ki, ABŞ prezidenti Donald Trampın bəzi müşavirləri müharibəni dayandırmaq üçün gələcək razılaşmaya Volodimir Zelenskinin istefası ilə bağlı bənd salmağı təklif edirlər. Lakin bu məsələdə Tramp “daha az radikal mövqe” tutur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Zelenski   seçkilər   iddia  





Xəbər lenti