“Nar” ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider olub

“Nar” müştəri təcrübəsini gücləndirən əsas amillərdən biri də rahat və əlçatan xidmət təqdim edən mağazalar şəbəkəsidir. 2024-cü il ərzində altı yeni mağaza istifadəyə verilib. Bununla yanaşı, 2019-cu ildən başlanmış mağazaların modernləşdirilməsi başa çatıb və artıq bütün “Nar” mağazaları müasir konsept və rahat müştəri təcrübəsi ilə fərqlənir. Yenilənmiş mağazalar mobil rabitə xidmətləri üçün daha əlverişli mühit yaradır ki, bu da müştəri loyallığına müsbət təsir edir.
“Nar” müştəri məmnuniyyətini yalnız sərfəli xidmətlə deyil, sosial məsuliyyət strategiyası ilə də gücləndirir. Operator 2024-cü ildə təhsil, milli-mənəvi irs, vətənpərvərlik və inklüzivliyə yönəlmiş 40-dan çox sosial layihəyə iki milyon manata yaxın sərmayə yatırıb. Bu təşəbbüslər “Nar”ın cəmiyyət üçün sosial dəyər yaradan bir brend olduğunu göstərir. Şirkət 2025-ci ildə də bu istiqamətdə fəaliyyətini genişləndirməyi hədəfləyir.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
AzVision.az
Teqlər: