Qazaxıstanda Türkistan şəhərinə xüsusi status verilib

   Qazaxıstanda Türkistan şəhərinə xüsusi status verilib
  03 Mart 2025    Oxunub:419
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Türkistan şəhərinin xüsusi statusu haqqında” Qanunu imzalayıb.
Qanun Türkistanın Qazaxıstanın mənəvi, tarixi, mədəni və turizm mərkəzi kimi xüsusi statusunu təsbit edir. Sənəddə tarixi-mədəni irsin qorunması, o cümlədən Xoca Əhməd Yəsəvi məqbərəsinin və digər abidələrin mühafizəsi, arxeoloji və bərpa işlərinin tənzimlənməsi, milli sənətkarlıq nümunələrinin dirçəldilməsi, arxeoloji qoruğun yaradılması nəzərdə tutulur.

Yerli hakimiyyət orqanlarının da səlahiyyətləri genişləndirilib, sənətkarlara dövlət dəstəyi, tranzit nəqliyyatın tənzimlənməsi təmin edilib.

Şəhərin tarixi keçmişinin qorunub saxlanması turizmin inkişafı, şəhər mühitinin yaxşılaşdırılması, həyat keyfiyyətinin yüksəldilməsi və bir sıra digər tədbirlərlə paralel şəkildə aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti