Tulsi Habbard Avropanı ittiham edir

   Tulsi Habbard Avropanı ittiham edir
  03 Mart 2025    Oxunub:389
Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Trampın qalmaqallı görüşü barədə Avropa ölkələrinin şərhləri onların sülhə can atmadıqlarını göstərir.
AzVision.az xəbər verir ki, ABŞ-nin Milli Kəşfiyyat İdarəsinin rəhbəri Tulsi Habbard “Fox News” telekanalına müsahibəsində belə deyib.

“Düşünürəm ki, Trampın səylərini bu cür tənqid edənlər sülhə sadiq olmadıqlarını nümayiş etdirirlər. Bir çox Avropa ölkələrində bu barədə danışsalar belə, onların azadlıq və dəyərlərə bağlılığı şübhə altındadır”, - xanım Habbard vurğulayıb.

Avropanın Ukraynada bir aylıq atəşkəs planı
O, Tramp administrasiyasının müdafiə etdiyi prinsiplər ilə Zelenskinin tərəfini seçmiş Avropa ölkələrinin maraqları arasında əhəmiyyətli fərq olduğunu vurğulayıb. Belə ki, Zelenskinin tərəfini seçən ölkələr faktiki müharibəni dəstəkləməyə hazır olduqlarını nümayiş etdirirlər.

Amerikanın Milli Kəşfiyyat Xidmətinin rəhbəri qeyd edib ki, Rusiya ilə Ukrayna arasında münaqişəyə son qoyulması Tramp üçün prioritet olaraq qalır.

Qeyd edək ki, Ukrayna və Avropada təhlükəsizlik məsələlərinə dair dünən Londonda keçirilən Avropa ölkələrinin liderlərinin fövqəladə sammitində sözügedən məsələ ilə bağlı heç bir irəliləyiş qeydə alınmayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Habbard   Avropa   ittiham  





Xəbər lenti