Ötən ay 18 aptekdə yoxlama aparılıb

Ötən ay 18 aptekdə yoxlama aparılıb
  03 Mart 2025    Oxunub:357
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində yoxlamalar aparır.
Mərkəzdən AzVision.az -a verilən məlumata görə, fevral ayı ərzində Bakı şəhəri üzrə 16, respublikanın digər şəhər və rayonlarında isə 2 aptek olmaqla ümumilikdə 18 aptekdə yoxlama aparılıb.

Aparılan yoxlamalar nəticəsində 3 aptekdə nöqsanlar aşkarlanıb və İnzibati Xətalar Məcəlləsinin 210.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti