Bir həftədə 4 minə yaxın şagird yerdəyişmə edib

Bir həftədə 4 minə yaxın şagird yerdəyişmə edib
  04 Mart 2025    Oxunub:381
Fevralın 25-dən başlanılan şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir. Həmin müddətdən bu yana 9 mindən çox müraciət portala daxil edilib, 4 minə yaxın şagirdin yerdəyişməsi uğurla tamamlanıb.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat yayıb.

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, IX sinif şagirdlərinin yerdəyişməsi martın 5-i saat 18:00-da dayandırılacaq və tədris ilinin sonuna qədər aktiv edilməyəcək.


AzVision.az


Teqlər:





Xəbər lenti