CNN-dən Ukrayna ilə bağlı bədbin proqnoz

   CNN-dən Ukrayna ilə bağlı bədbin proqnoz
  04 Mart 2025    Oxunub:342
ABŞ Kiyevə yardımı dayandırdıqdan sonra Ukrayna hərbi əməliyyatların hazırki tempini bir neçə həftə, ya da ola bilsin ki, yalnız iyun ayına kimi saxlaya biləcək.
Bu fikirlər CNN-də dərc olunan məqalədəndir. Telekanal avropalı rəsmilərdən birinə istinad edib.

Ukraynalı deputatdan Zelenskiyə çağırış: "Trampdan üzr istə!"
Müəllif xatırladıb ki, ABŞ-nin keçmiş rəhbəri Cozef Baydenin administrasiyası hətta prezidentin səlahiyyət müddətinin bitməsinə az qalmış Ukraynaya silah tədarükünü sürətləndirmişdi. O, ölkəni modernləşdirilmiş silahlarla təmin edib. Hazırda Kiyevin Baydendən qalan böyük silah ehtiyatları var.

Telekanalın məlumatına görə, yardımın dayandırılmasından sonra əsasən ağır silahlarla bağlı ciddi problemlər yaşanacaq. Amma Avropa ölkələri Amerika artilleriyasının təchizatını əvəz edə bilər. Yeganə problem odur ki, Ukrayna Silahlı Qüvvələrinin hazırda istifadə etdiyi ən müasir silahlar yalnız Amerika istehsallıdır.

Qeyd edək ki, Donald Tramp Ukraynaya bütün hərbi yardımların dayandırılmasına dair əmr imzalayıb. Ağ ev-in bununla bağlı bəyanatında deyilir ki, "prezident açıq şəkildə sülhü hədəflədiyini elan edib. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasını istəyirik. Biz yardımımızı dayandırırıq və onun həllə töhfə verməsini təmin etmək üçün nəzərdən keçiririk”.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   CNN   ABŞ  





Xəbər lenti