Səhiyyə Nazirliyi sahibkarlara müraciət edib

 Səhiyyə Nazirliyi sahibkarlara müraciət edib
  04 Mart 2025    Oxunub:371
Son zamanlar sahibkarlıq subyektlərinə nəzarət tədbirləri ilə bağlı keçirilən yoxlamalar barədə məlumatlı olan dələduzların sui-istifadə halları, qeyri-qanuni qaydada yoxlama reydləri haqqında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə məlumatlar daxil olur.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, nazirlik ölkə ərazisində özəl tibb fəaliyyəti ilə məşğul olan sahibkar subyektlərinin nəzərinə çatdırır ki, səhiyyə ilə bağlı xidməti yoxlamaların keçirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Belə olan halda, keçirilməli olan xidməti yoxlamaların qanuniliyini müəyyənləşdirmək üçün sahibkarlıq subyektlərinin aidiyyəti şəxsi Ədliyyə Nazirliyinin yoxlama.gov.az saytının vahid məlumat reyestrində vergi ödəyəyicisinin eyniləşdirmə nömrəsini daxil etməli və “ÇIXARIŞ” sənədində qeyd olunan rəsmi məlumatlara diqqət yetirilməlidir. “ÇIXARIŞ” sənədinə əsasən, xidməti yoxlamalara dair məlumatlarda yoxlayıcıların təqdim etdiyi sənədlərlə uyğunsuzluq aşkarlanarsa, sahibkar subyektləri hüquq mühafizə orqanlarına məlumat bildirməsi məqsədəmüvafiq hesab olunur.

Vətəndaşlar özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı Analitik Ekspertiza Mərkəzinin “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə müraciət edə bilərlər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir.

AzVision.az



Teqlər:





Xəbər lenti