İrandan narkotik keçirmək istəyən 5 nəfər ələ keçdi I FOTO

   İrandan narkotik keçirmək istəyən 5 nəfər ələ keçdi  I FOTO
  06 Mart 2025    Oxunub:635
Külli miqdarda narkotiki Azərbaycana keçirməyə cəhd göstərən şəxslər saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Fevral ayının sonlarında Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd göstərən 5 (beş) nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.



Fevral ayının 19-da sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayon sakini 1985-ci il təvəllüdlü Məmmədov Elməddin Nurəddin oğlu 10 kiloqram 600 qram narkotik vasitəni (8 kiloqram 600 qram marixuana, 2 kiloqram metamfetamin) ölkə ərazisinə keçirməyə cəhd göstərərkən saxlanılıb.

Fevral ayının 26-da saat 20:40-da isə ümumi çəkisi 22 kiloqram narkotik vasitə marixuananı Azərbaycan Respublikası ərazisinə keçirməyə cəhd göstərən İmişli rayon sakini 2001-ci il təvəllüdlü Qarayev Əhəd Əlibala oğlu, Beyləqan rayon sakini 2003-cü il təvəllüdlü Məmmədli Nəcməddin Rasim oğlu, Şəki rayon sakinləri 1973-cü il təvəllüdlü Məmişov Elçin Eldar oğlu və 1973-cü il təvəllüdlü Muradov Mehman Mahir oğlu saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.





AzVision.az



Teqlər:





Xəbər lenti