Sumqayıtda Reabilitasiya Mərkəzindəki yanğın söndürülüb

Sumqayıtda Reabilitasiya Mərkəzindəki yanğın söndürülüb
  06 Mart 2025    Oxunub:427
Üçmərtəbəli tikilinin 3-cü mərtəbəsində baş vermiş yanğın genişlənərək digər mərtəbələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 540kv.m. olan tikilinin taxta konstruksiyalardan ibarət 3-cü mərtəbəsi əşyaları ilə birgə 180 kv.m. sahədə yanıb.

Tikilinin 1 və 2-ci mərtəbələri yanğından mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti