Nazirlər regional məsələləri müzakirə ediblər

   Nazirlər regional məsələləri müzakirə ediblər
  06 Mart 2025    Oxunub:482
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və perspektivlərini müzakirə ediblər.

İki ölkə arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin, siyasi məsləhətləşmələr mexanizminin münasibətlərimizin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb. Cari ildə bu kimi siyasi təmasların daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti