Milyonçular bu ölkədə yaşamağa üstünlük verir
Siyahıya Monako şəhəri başçılıq edir. Dünya milyonerlərinin 29,21 faizi məhz bu şəhərdə yaşayır.
İkinci yerdə 27,34 faizlə İsveçrənin Sürix şəhəri yer alıb. Bu ölkənin daha bir şəhəri - Cenevrə 17,92 faizlə üçüncü yerdədir. Sonrakı yerlərdə Nyu York (4,63 faiz), Frankfurt (3,88), London (3,39), Oslo (2,90), Sinqapur (2,80), Amsterdam (2,67), Florensiya (2,59), Hong Kong (2,58), Roma (2,54), Dublin (2,40), Doha (2,34), Toronto (2,29), Venesiya (2,25), Brüssel (2,11), Hyuston (2,9), San-Fransisko (2,7) və Paris (2,4) qərarlaşır.
Siyahıdan göründüyü kimi dünyanın məşhur milyonerlərinin əksəriyyəti Avropa şəhərlərində məskunlaşıblar. Buna səbəb, həmin şəhərlərin ətraf mühitinin yaşamaq üçün daha əlverişli olması göstərilir. (AzərTAc)