Hafiz Məmmədovun İngiltərə planı təxirə düşdü
Rəsmi sayt vasitəsilə yayılan bəyanatda bildirilir ki, klubun idarə heyətinin sədri Milan Mandariçlə əsas səhmdar arasında iyulun 25-də görüş keçirilib. Görüş zamanı tərəflər "Şeffild Uensdey"in qısa müddətdə alqı-satqısına dair razılığa sadiq qaldıqlarını bildiriblər. Klub ümid edir ki, İngiltərə Futbol Liqasının bütün normativ tələblərinə cavab verən səviyyəyə çatacaqlar.
Mandariç deyib: "Mən pərişan halda olan tərəfdarlarımızı tam başa düşürəm. Hamımız istəyirik ki, məsələ tez yekunlaşsın. Çünki əla formadayıq və yeni mövsümün startını gözləyirik. Ləngiməyə baxmayaraq, baş məşqçimiz Stüart Qrey və yeni transferlərimizlə müqavilələrə sadiqik. Hafiz Məmmədovla görüşümüz çox konstruktiv keçdi. Yenə də hesab edirəm ki, o, böyük klub üçün gözəl xilaskardır və gələcək planları çox həyəcanvericidir".
Klub tərəfdarlarını avqustun 9-da keçiriləcək mövsümün ilk oyununda görüşməkdən məmnun olacağını əlavə edib.