Parlament QHT cərimələrini təsdiqləyəcəkmi?

Parlament QHT cərimələrini təsdiqləyəcəkmi?
  15 Fevral 2013    Oxunub:2382
Bu gün Milli Məclisin yaz sessiyasının ikinci iclası keçiriləcək. Gündəlikdəki əsas məsələ QHT qanunvericiliyinə yeniliklər təklifidir.
Layihəyə görə, qrant alan şəxslərin müqavilələrin və qərarların surətlərini qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim etməməsi vəzifəli şəxslərə 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslərə 5 min manatdan 7 min manata qədər cəriməyə başa gələcək. Qrant müqaviləsi olmadan fəaliyyət göstərən dini qurumlar, QHT-lər, o cümlədən xarici dövlətlərin QHT-lərinin nümayəndəliklərindən yardımın qəbul edilməsinə görə vəsait və əşyalar müsadirə olunmaqla vəzifəli şəxslər 2500 manatdan 5000 manatadək, hüquqi şəxslər 8000 manatdan 15 min manatadək miqdarda cərimə ediləcək.
Qeyd edək ki, parlametin bu günki iclasının gündəliyinə 9 məsələ daxil edilib. İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək, “İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” və “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun layihələrinə baxılacaq. Deputatlar həmçinin “Dövlət rüsumu haqqında”, “Qrant haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlara, eləcə də Ticarət Gəmiçiliyi və İnzibati Xətalar Məcəllələrinə dəyişikliklər edəcəklər.


Teqlər:





Xəbər lenti