“Neftçi”-“Çixura” oyunun hakimləri müəyyənləşib

“Neftçi”-“Çixura” oyunun hakimləri müəyyənləşib
  29 İyul 2014    Oxunub:1126
“Neftçi” futbol klubunun UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində iyulun 31-də “Bakcell Arena”da Gürcüstanın “Çixura” klubu ilə keçirəcəyi oyunun hakimləri müəyyənləşib.
AzVision.az xəbər verir ki, qarşılaşmanı rumıniyalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Kristian Balajdır. Ona həmyerliləri Sebastian George və Ovidiu Artene kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Katalin Sorin Popa yerinə yetirəcək.


Teqlər:  





Xəbər lenti