Məcburi köçkünləri Aparat rəhbəri qəbul edib

Məcburi köçkünləri Aparat rəhbəri qəbul edib
  15 Fevral 2013    Oxunub:2203
Bu gün bir qrup məçburi köçkün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə gəlib. AzVision.az-ın məlumatına görə, məcburi köçkünlərin şikayəti məişət problemləri ilə bağlı olub.
Məcburi köçkünləri Qaçqınkomda məsul şəxslər qəbul edib, onların şikayətini dinləyib.
Məcburi köçkünlərin müəyyən olunmuş qəbul günündə deyil, başqa gündə Qaçqınkoma gəlməsi öncə müəyyən anlaşılmazlıq yaradıb. Lakin sonra şikayətçiləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi aparatının rəhbəri Telman Məmmədov qəbul edib və dinləyib. Telman Məmmədovun sözlərinə görə, məcburi köçkünlərin bir çoxunun şikayəti işsizliklə bağlı olub. Məişət problemlərinə gəlincə, Aparat rəhbəri onların yaxı vaxtlarda həll ediləcəyini deyib.


Teqlər:





Xəbər lenti