“Qarabağ”dan şəhidlərə görə UEFA-ya MÜRACİƏT

“Qarabağ”dan şəhidlərə görə UEFA-ya MÜRACİƏT
  04 Avqust 2014    Oxunub:3334
“Qarabağ” "Zaltsburq"la oyuna qara sarğı ilə çıxa bilər.
AzVision.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Qurban Qurbanov məlumat verib.

"Son günlər atəşkəsin pozulması nəticəsində bizim oğullarımız şəhid olub. Bizim üçün bu, çox ağrılıdır. İnşallah sabah yaxşı nəticə əldə edib azerkeşləri sevindirərik",-deyə Q.Qurbanov qeyd edib.

Baş məşqçinin sözlərinə görə, artıq bununla bağlı UEFA-ya müraciət edilib: “UEFA adətən matça bir gün qalmış cavab verir. İnşallah rəsmi qərar verilər və biz matça qara sarğı ilə çıxarıq"

Qurban Qurbanov onu da əlavə edib ki, rəqibləri ilə oyuna ciddi şəkildə hazırlaşıtlar: “"Zaltsburq"un son oyunu buraxması onların bu matça necə ciddi önəm verdiklərinin əyani sübutdur. Amma buna baxmayaraq biz matça ciddi şəkildə hazırlaşırıq. Sonacan mübarizə apararaq yaxşı nəticə əldə etməyə çalışacağıq".

Qeyd edək ki, matç avqustun 6-da, saat 20:30-da (Bakı vaxtı ilə 23:30), Zaltsburq stadionunda keçiriləcək.

Sevinc


Teqlər:  





Xəbər lenti