Dünyanın məşhur solaxayları - MARAQLI

Dünyanın məşhur solaxayları - MARAQLI
  13 Avqust 2014    Oxunub:22289
Biz onları əllərindən tanıyırıq. Söhbət solaxaylardan gedir
Bu gün Dünya Solaxaylar Gündür. Hər il avqustun 13-də bu qəbildən olan insanlar Ümumdünya Solaxaylar Gününü qeyd edirlər. Bəs, bu günün təsis edilməsinin tarixçəsini bilirsinizmi?

İşdən çıxan polis və “solaxayların günü”

1980-ci ildə ABŞ-ın Missuri ştatından olan polis əməkdaşı Franklin Uinborn qoburu (tapança qabını) sol tərəfində daşıdığından rəhbərlik onu işdən çıxarır. Uinborn solaxay olduğundan qoburu kəmərinin sol tərəfindən asırdı, halbuki, nizamnaməyə görə o, tapança qabını sağ tərəfində daşımalı idi. O zaman polis işçisinin məhz solaxay olmasına görə işdən çıxarılması Amerikada ciddi əks-səda doğurur. Uinbornun müdafiəsinə qalxan amerikanlar kütləvi mitinqlər keçirir və məhkəmə qərarı nəticəsində o öz işinə yenidən qayıdır.



Solaxaylıq necə yaranır?

Solaxaylığın xəstəlik olduğunu düşünənlər də var. Psixoloqlar deyir ki, solaxaylıq anadangəlmə olur, onu sonradan qazanılmış vərdiş adlandırmaq düzgün deyil.

Bəzi mütəxəssislər isə solaxaylığı beynin quruluşundan asılı olaraq, irsən keçən psixi hərəkət hesab edirlər. Hətta kral ailəsində solaxaylar ana - kraliçə, kraliçə II Yelizaveta, şahzadə Çarls və şahzadə Uilyam sayılır. Maraqlısı odur ki, solaxaylar suyun altında daha yaxşı görə bilirlər. Ekstrasenslərin çoxu solaxaylardır. Solaxaylar adətən geniş fantaziyalara, həssas musiqi duyumuna və güclü yaddaşa malik olurlar. Psixoloqların hesablamalarına görə, solaxaylar arasında istedadlı insanlar 20 faiz, sağ vərdişlilərdə isə 5 faizdir.

Adi insanların saçı saat əqrəbi, solaxayların tükləri isə saat əqrəbinin əksi istiqamətində bitir. Solaxaylarda beyinin sağ yarımkürəciyilə, sol yarımkürəciyi arasındakı əlaqə daha sürətlidir. Bu da o deməkdir ki, solaxaylarda məlumat daha sürətlə ötürülür ki, bu da onları işdə daha çox faydalı edir. Deyilənlərə görə, sağ və solu tənzimləmə qabiliyyəti zəif olduğundan solaxaylar hər zaman qəzalar nəticəsində dünyasını dəyişirlər. Ona görə də solaxaylar adi insanlara nisbətən, daha az ömür sürürlər.

Alimlərə görə, istənilən informasiyanı sağ yarımkürə daha tez mənimsəyir. Və bu üzdən də solaxaylar informasiyanı tez və effektli qəbul edirlər. Lakin alimlər solaxaylığın yaranma səbəbləri ilə bağlı bugünədək susurlar.



Onları necə tanımaq olar?

Solaxayların geniş fantaziyaları, hissiyyatları, musiqi duyumları və yaxşı yaddaşları olur. Bundan başqa, onlar istənilən məkanda asanlıqla istiqamətlənir, orijinallığı və obrazlı düşüncələri ilə fərqlənirlər. Buna səbəb solaxaylarda adı çəkilən keyfiyyətlərə cavab verən beynin sağ yarımkürəsinin inkişafıdır.

Solaxaylığın müalicəsi varmı?

Psixoloqlar hesab edir ki, solaxayların sol əlini çox erkən yaşlardan inkişaf etdirmək lazımdır. Çünki, solaxayların bəziləri hələ uşaqlıqdan "solaxaylıq kompleksi"ndən əziyyət çəkirlər. Solaxaylığın müailəcis isə var: qələm tutmağa başlayan uşağın sol əlindən qələmi alıb sağ əlinə verməklə, onu sağ əli ilə yazmağa öyrətmək olar. Bu, dünya təcrübəsində öz təsdiqini tapmış faktordur. Amma digər məsələlərdə, solaxaylığın müalicəsi yoxdur.

Solaxay siyasətçilər kimlərdir?

Makedoniyalı İsgəndərdən sonra dünyanın ikinci zəka və hərb möcüzəsi sayılan Yuli Sezar solaxay olub.



Fransa imperatoru Napoleon Bonapart da solaxayların sırasındadır.



Katolik Kilsəsini kral hakimiyyətinin dayağı hesab edən Böyük Karl solaxaylığı ilə diqqəti cəlb edirmiş.



Dünyanın bugünkü simasını müəyyənləşdirən şəxslərdən biri- Uinstall Çörçilin solaxay olduğunu az adamlar bilirdi.



Hindistan pasifist siyasətçisi və düşüncə adamı Mahatma Qandi də solaxay idi



Leonardo da Vinçi isə hər iki əlini də eyni istiqamətdə idarə edə bilməyi öyrənmişdi.



Amerikanın keçmiş prezidentləri Ronald Reyqan, ata Corc Buş, Bill Klinton da solaxay siyasətçilər sırasına daxildirlər



Elə indiki prezident Barak Obama da solaxaydır.



“Time”ın araşdrması heç də təəccüblü deyil, çünki zəkasını pula çevirə bilən və dünyanı dəyişdirən “Microsoft”un sahibi Bill Qeyts və “Apple”in qurucusu Steve Jobs ilə dünyanın ən məşhur teleaparıcısı sayılan Oprah Winfrey solaxaydılar.



Merilin Monro, Albert Eynşteyn, Bryus Uillis, Pol Makkartni, Bethoven, Sergey Raxmaninov, Robert De Niron da solaxaylar sırasındadır.



Hazırladı: Mirvari Nəcəf




Teqlər:  





Xəbər lenti