Sabiq merdən prezidentin qərarına reaksiya

Sabiq merdən prezidentin qərarına reaksiya
  15 Fevral 2013    Oxunub:1600
“Kimsə məsuliyyət daşımalı, cavab verməli idi. Cavab verən də mənəm”
İsmayıllı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizami Ələkbərov fevralın 15-də “Media forum” saytına danışıb.

N. Ələkbərov , fevralın 14-də prezident İlham Əliyevin onu vəzifədən azad etmə qərarını əsaslı sayıb:“ Rayonda belə bir dəhşətli hadisə baş vermişdi, sabitliyi təmin edə bilməmişdik. Bunun üçün də qərarı əsaslı sayıram. Gözlənilən qərar idi. Hadisə baş verən gündən bu qərarı gözləyirdim. Yanvarın 23-24-də baş verən hadisələrə icra başçısı olaraq mən cavabdeh idim. Baş verən hadisələrlə bağlı kimsə məsuliyyət daşımalı, cavab verməli idi. Cavab verən də mənəm. ”.

Sabiq icra başçısı bildirib ki, fevralın 12-də Bakı Biznes Mərkəzində keçirilən konfrans zamanı prezident İlham Əliyevin məmur övladları haqqında səsləndirdiyi sərt tənqidin onlara aidiyyatı yoxdur:“Bizdə məmur özbaşınalığı olmayıb. Hadisələr məişət zəminində yaranıb, emosiyalar coşub və belə xoşagəlməz hal yaranıb. Bizim rayonda heç vaxt məmurlardan şikayət olmayıb. Əhali ilə həmişə sıx təmasda olmuşuq. Yanvarın 24-ü, hadisələrin baş verdiyi ikinci gün mən sərbəst şəkildə İvanovka kəndində görüş keçirmişəm, hesabatda olmuşam. Ondan sonra da rayonda tam sərbəst hərəkət etmişəm”.

Qeyd edək ki, yanvarın 23-də İsmayıllı şəhərindəki “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinov və onun tanışı Elməddin Məmmədov yerli sakinləri təhqir edib. Bu insident böyüyərək “Çıraq” otelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi aksiyaya çevrilib. Yanvarın 24-də də davam edən aksiyada İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun istefası tələb olunub.




Teqlər:  





Xəbər lenti