Çıxarılan icra başçısı kimdir?

Çıxarılan icra başçısı kimdir?
  15 Fevral 2013    Oxunub:6670
Asif Məmmədov Milli Məclisin Lerikdən olan deputatı İqbal Məmmədovun qardaşıdır.
Prezident İlham Əliyev Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədovu da vəzifəsindən azad edib. Bu barədə sərəncam tezliklə elan olunacaq. Modern.az saytının məlumatına görə, Şamaxı rayon İcra Hakimiyyətinin artıq sabiq başçısı Asif Məmmədov əslən Lerikdəndir.

A.Məmmədov 1962-ci ildə Lerik rayonunda anadan olub. 1988-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Əmək fəaliyyətinə Əzizbəyov rayonundakı Neft və Qazçıxarma Trestində başlayıb. Trestin tikinti-quraşdırma idarəsində iş icraçısı, sonra isə baş mühəndis vəzifələrində çalışıb. Daha sonra Əzizbəyov rayonundakı Mənzil Kommunal Birliyinin rəisi, Əzizbəyov Neft və Qazçıxarma Trestində rəis müavini, rəis, bir müddət Bakı Ağır Qaynaq Zavodunun direktoru işləyib. Təşkilatçılıq və iş keyfiyyəti nəzərə alınaraq Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə irəli çəkilib. Sonra "Kaspi-Yıldız" Azərbaycan-Türkiyə müştərək müəssisəsi idarə heyətinin sədri olub.

7 aprel 2006-cı il tarixdən 21 aprel 2011-ci il tarixədək isə Balakən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
21 aprel 2011-ci il tarixdən bugünədək Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsini tuturdu. YAP-nın üzvüdür.
Yeri gəlmişkən, Asif Məmmədov Milli Məclisin Lerikdən olan deputatı İqbal Məmmədovun qardaşıdır. Məlumata əsasən, Asif Məmmədovun Lerikə icra başçısı göndəriləcəyi gözlənilir.



Teqlər:  





Xəbər lenti