AzTV-dən deputata cavab

AzTV-dən deputata cavab
  15 Fevral 2013    Oxunub:1794
Dövlət Televiziyasını ittiham edən millət vəkili Fazil Mustafaya rəsmi cavab verilib.
Bu gün Milli Məclisin deputatı Fazil Mustafanın AzTV ilə bağlı bildirdiyi ittihamlara Dövlət Televiziyasından rəsmi cavab verildi. Modern.az-a verilən açıqlamada deyilir:

“AzTV mütəmadi olaraq “Xəbərlər” proqamında Milli Məclisin plenar və komitə iclaslarından ətraflı reportajlar və süjetlər verir. Eyni zamanda həftə sonunda Milli Məclisin fəaliyyətindən bəhs edən 45 dəqiqəlik “Parlament saatı” proqramı yayımlanır”.

Dövlət Televiziyasının rəhbərliyi F.Mustafanın ittihamına bundan artıq cavab vermək istəməyib. Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib ki, AzTV-də Milli Məclisi elə göstərirlər ki, deputatlar tutuquşu kimi bir-birini təkrarlayırlar.


Teqlər:  





Xəbər lenti