Daşları dilə gətirən sənətkar - MÜSAHİBƏ

Daşları dilə gətirən sənətkar - MÜSAHİBƏ
  19 Sentyabr 2014    Oxunub:2586
AzVision.az-ın müsahibi çay daşları üzərində oyma heykəltaraş Ədalət Elmandır.

Hekəltaraş bizə hazırladığı əl işlərindən danışıb, peşəsi ilə bağlı maraqları qeydlərini bölüşüb.

- Ədalət bəy bu işə hobbi kimi, yoxsa peşə kimi baxırsınız?

-Bu incəsənətdə yeni qol və şaxədir, mənim üçün sənət növüdür. İncəsənətimizdə yenilikdir.

- Neçə vaxtdır bu işlə məşğul olursunuz?

-22 ilə yaxındır ki, bu iş ilə məşğulam. Bu illər ərzində 300-ə yaxın əsər yaratmışam. Eləsi var ki, hədiyə vermişəm, eləsi də var ki, satmışam.



-Əsasən sizin müştəriləriniz kimlərdir? Sifariş verənlər olur?

-Sifariş verənlər hərdən olur. Ən böyük arzum budur ki, böyük bir zaldan ibarət “Danışan çay daşları” adlı muzey yaradım. Xaçmazda ata ocağımda kiçik bir muzey yaratmışam. Amma bu kifayət etmir. Daşlardan istifadə etmək üçün emalatxana lazımdır . Həmçinin dövlətin dəstəyinin olması da vacibdir.

-Daşları necə əldə edirsiniz?

-Daşları mövzuya uyğun tapmalısan. Elə daş var ki, mən onu 15-30 gün ərzində arayıb axtarıram. Xaçmazdakı Ağçay, Qaraçay, Qudyalçay çaylarından axtarıb tapıram. Ümumiyyətlə Yaşadığım bölgədə hər çayın daşlarından var.



Baha qiymətə satdığınız əl işləriniz hansılardır, qiymətləri nə qədər olub?

-Elə əsər olub ki, 700 manata, eləsi də var ki, 300 manata satmışam. Bundan baha qiymətə satdığım əl işim olmayıb.

-Satdığınız əsərləriniz hansılardır?

-Heydər Əliyevin, Səməd Vurğunun, Hüseyin Cavidin portretlərini satmışam.

-Daha çox kimlər əl işlərinizi almağa maraqlıdır?

-Daha çox muzeylər mənim işimlə maraqlanırlar. Ölkənin xeyli muzeyində əl işlərim nümayiş etdirilir.

-Bu bacarıq sizə irsən keçib?



-Valideyinlərim dülgər olub. Taxta üzərində çalışıblar. İncəsənətə, rəssamlığa maraqlı bircə mən olmuşam. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Qrafika fakültəsini 2007-ci ildə bitirmişəm. Həm rəngkarlıq, həm qrafika, həm də heykəltaraşlıq hesab edin ki, bu sənət növündə cəmləşir.

Maraqlıdır ki, hər bir insanın təkcə xarici görkəmini deyil, həm də emosional vəziyyətini də göstərə bilirsiniz...

-O hisləri ancaq mən yaşayıram. O hissi çatdırmaq mümkün deyil, ancaq gərək yaşayasan ki , məni başa düşəsən. Hər bir insanı, hər bir əsərimi yaratdıqdan sonra elə bir hiss olur ki, sanki dünyaya yeni körpə gəlib. Səndə yeni nəsə yaratdın.



Şəhanə Rəhimli
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti