Yeni rüsum növü təsdiqləndi

Yeni rüsum  növü təsdiqləndi
  15 Fevral 2013    Oxunub:2080
Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyətlə bağlı sığorta və ya maliyyə təminatı haqqında sertifikat verilməsi üçün dövlət rüsumu müəyyən olunub.
Məlumata görə, Milli Məclisin cümə günü keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna edilən əlavəyə əsasən, bu sertifikatın verilməsi üçün dövlət rüsumu 50 manat məbləğində təsdiq olunub.
Həmçinin, qanunda "Azərbaycan Respublikasının Bayrağı" sözləri "Azərbaycan Respublikasının Dövlət Bayrağı" sözləri ilə əvəz olunub.
Milli Məclisin cümə günü keçiriən iclasında "İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında" qanun layihəsi təsdiq olunub. Qanun layihəsini İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə təqdim edib.
Ziyad Səmədzadə deyib ki, gələcəkdə Azərbaycanın bu təşkilatda iştirak imkanları genişlənəcək.
(trend)


Teqlər:





Xəbər lenti