Petisiyalarımız erməniləri vəlvələyə saldı

Petisiyalarımız erməniləri vəlvələyə saldı
  15 Fevral 2013    Oxunub:1948
Amerika Ermənilərinin Milli Komitəsi Ağ evin saytındakı Ermənistan əleyhinə petisiyalardan narahatdır
Ermənistan əleyhinə petisiyalara görə narahat olan Amerika Ermənilərinin Milli Komitəsi(ANKA) Ağ evə rəsmi müraciət göndərib . Ağ evdən “We the People” petisiyalarının onlayn sisteminə kənar vətəndaş cəmiyyətləri tərəfindən gələ biləcək manipulyasiya cəhdlərinə qarşı istifadə etdiyi təhlükəsizliyin təmin olunması barədə məlumat tələb edib.
Prezidentin baş məsləhətçisi Valeri Caretə ünvanlanmış məktubda, ANKA-nın icraçı direktoru Aram Ambaryan ermənilərin əleyhinə həddindən çox petisiyanın olmasına görə Amerika erməniləri cəmiyyətinin narahatlığını ifadə edib. Məktubda həmçinin qeyd olunur ki, həmin petisiyalar Azərbaycan prezidenti İlham Əliyevin bəyanatlarının sözbəsöz təkrarıdır.
Qeyd edək ki, Qarabağın Ermənistan tərəfindən işğalı ,eləcə də Xocalı genosidi barədə petisiyalara 10 minlərlə insan səs verib.
Bu reallığı qəbul etmək istəməyən ermənilər isə səslərin, xüsusilə də “Azərbaycanın 20 % torpaqlarının erməni hərbiçiləri tərəfindən işğalı “ilə bağlı petisiyaya verilən səslərin birbaşa olaraq Heydər Əliyev fondunun dəstəyi əsasında toplandığını iddia edirlər. Buna tutarlı sübutu olmayan ermənilər, imza sahiblərinin əksəriyyətinin coğrafi mövqelərinin qeyd olunmadığını irəli sürməklə Ağ evi səsvermələrin saxtalaşdırıldığına inandırmağa çalışırlar. Həqiqət isə hər kəsə bəllidir. Azərbaycan torpaqlarının işğalı faktını danmaq Ağ evi deyil, ən azı uşaq aldatmağa bənzəyir.


Teqlər:  





Xəbər lenti